XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 16:17

BQXK azərbaycanlı ailələrə kömək edir- İraqdan qayıtmağa

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) İraqın Mosul şəhəri yaxınlığında saxlanılan 1300-ə yaxın qadın və uşağa kömək edir və onlara səfirliklərlə əlaqə saxlamağa yardım göstərir.

Bunu Trend-ə BQXK-nin baş ofisinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, Komitə bu insanların digər ölkələrdəki yaxınları ilə əlaqə yaratmağa çalışır. Həmin şəxsləri milliyəti barədə məlumat verilməyib.

Həmin insanların repatriasiyası və qayıtmasına gəldikdə isə, mətbuat xidmətindən bildirilib ki, bu, İraq hökuməti ilə həmin insanların ölkələri arasında ikitərəfli məsələdir: "Təhvil verilmə beynəlxalq hüquqa əsasən həyata keçirilməlidir. Xüsusi diqqət böyüklərin müşayiət etmədiyi və buna görə də təhlükəyə məruz qalan uşaqlara ayrılmalıdır".

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad əl-Şuveyli isə bildirib ki, ölkəsi orada qalan azərbaycanlı uşaqların taleyi ilə bağlı Azərbaycanın rəsmi qurumları ilə danışıqlar aparır.

Qeyd edək ki, iki azərbaycanlı uşaq – 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla İŞİD-dən azad olunmuş Suriya ərazisində tapılmışdı. Onlar bu ərazilərin azad olunmasından sonra təhlükəsizlik qüvvələri tərəfindən İraqa gətirilmişdi. 4 yaşlı Abdulla isə bu yaxınlarda Azərbaycana gətirilib.