XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 17:16

Bakı Polisindən mitinq açıqlaması:"İctimai asayişin pozulması halları qeydə alınmayıb"

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mitinqlə bağlı bəyanat yayıb.

İdarədən verilən məlumata görə, bəyanatda deyilir:

"Oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".