XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2017 - 19:37

“Zirə” “Qəbələ”ni məğlub etdi- Hesab

Oktyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında X turunun ikinci gününün sonuncu qarşılaşmasında “Zirə” klubu doğma meydanda “Qəbələ”ni qəbul edib.

Azərtac xəbər verir ki, baş hakim Fariz Yusifovun idarə etdiyi görüşdə ev sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Görüşdə hesabı 18-ci dəqiqədə ev sahibləri açıblar. Milan Duriç 11 metrlik cərimə zərbəsindən vurduğu qolla “Zirə”ni hesabda önə çıxarıb. Qarşılaşmanın 38-ci dəqiqəsində “Zirə” ikinci topu qonaqların qapısından keçirib. Sadio Tounkara adını taploya yazdırıb.

Matçın ikinci hissində “Qəbələ” buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunun 71-ci dəqiqəsində Famussa Konne fərqlənib.

Beləliklə, görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Zirə” 21 xalla ikinci pilləyə yüksəlib. “Qəbələ” klubu isə 19 xalla turnir cədvəlinin üçüncü pilləsinə enib.

Turun sonuncu matçı oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq.