XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 22:11

İranda neft yatağında yanğın –Ən azı 4 nəfər ölüb

Bu gün İranın Buşir əyalətində neft yatağında yanğın baş verib.

IRNA agentliyinin verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 4 nəfər ölüb.

Yanğın baş verən neft yatağı Omidiye və Bəndər-Deylem şəhərləri arasında yerləşir. Yanğının söndürülməsinə bir neçə vertolyot da cəlb edilib.

Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, bu, son 3 gündə İranın neft obyektlərində baş verən ikinci yanğındır. Oktyabrın 27-də  Tehranda neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib, 6 nəfər ölüb/APA.