XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

30 Oktyabr 2017 - 11:49

Xalq artisti Rafiq Hüseynov Almaniyada vəfat etdi:"Komaya düşən kimi ürəyi dayandı"

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

Bu barədə  açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, R. Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.

APA