Bakı-Tbilisi-Qars marşrutu ilə ilk qatar yola düşüb.
5 ölkə lideri- prezident İlham Əliyev, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Baş naziri Abdulla Aripov baş tutan açılış mərasimindən sonra qatara miniblər.
Alatava stansiyasına qədər liderlər qatarla hərəkət edəcəklər.