Azərbaycan, Rusiya və İran prezidentləri noyabrın 1-də Tehranda görüşəcəklər.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani üç ölkə arasında siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığı müzakirə edəcəklər.
V. Putinin azərbaycanlı və iranlı həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.