Daşkəsəndə meşə yanğını baş verib.
Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, axşam saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib:
"Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub. Güclü və isti külək olmasına baxmayaraq hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər davam etdirilir".