XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2017 - 14:06

Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarından siqaret əməliyyatı –Komitədən açıqlama

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi Azərbaycana qanunsuz yolla keçirilən siqaretlərin qarşısını alıb.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, şöbəyə daxil olan əməliyyat məlumatına əsasən, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı yanacaq çəninin içərisindən 77 qutu "Belomorkanal" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.