XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 17:57

Ərdoğanın Azərbaycana səfəri başa çatdı –Türkiyə prezidenti yola salındı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri oktyabrın 31-də başa çatıb.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.