XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 18:40

Azərbaycanın Xorvatiyadakı səfiri ali ordenlə təltif edildi –FOTO

Xorvatiyanın prezidenti Kolinda Qarabar Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” (The Order of Duke Branimir with Ribbon) ilə təltif edib.

Səfirlikdən APA-ya bildirilib ki, ordenin təqdim edilməsi mərasimində çıxış edən Kolinda Qarabar Kitaroviç Azərbaycanla Xorvatiya arasında mövcud ikitərəfli münasibətləri yüksək qiymətləndirib. 

K. Xasiyev iki ölkə arasındakı münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini ifadə edib. 

Məlumat üçün bildirək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən knyaz Branimirin şərəfinə olan orden 1995-ci ildə təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim edilir.