"Ukrayna və Baltikyanı ölkələrdə rusiyalılara qarşı diskriminasiya dayanmır".
Bunu xaricdə yaşayan rusların təşkil etdiyi “Rus inqilabının yüzilliyi: Gələcək üçün birlik” konfransında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib:
“Soydaşlarımızın fəaliyyətinin qarşısının alınması, aralarında parçalanma yaradılması və Rusiyadan uzaqlaşdırılması cəhdləri dayanmır. Xüsusilə, Ukrayna və Baltikyanı ölkələrdə ruslara qarşı birbaşa diskriminasiya var.
Rusiya XİN-i, səfirlikləri və konsulluqları daimi olaraq soydaşlarının haqlarını müdafiə edir. Ruslar həmişə Rusiyanın köməyinə və dəstəyinə ümid edə bilərlər”.
Axar.az