XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2017 - 20:37

Rusiya İŞİD-in Suriyadakı mövqelərini dənizdən vurdu –Müdafiə Nazirliyindən açıqlama

Rusiya Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirib. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın "Velikiy Novqorod" sualtı qayığı Aralıq dənizindən Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terror qruplaşmasının vacib hesab edilən mövqelərinə, obyektlərinə "Kalibr" qanadlı raketləri ilə zərbələr endirib.

"Raket atəşi nəticəsində Deyr-əz-Zor əyalətinin Əbu-Kəmal yaşayış məntəqəsi yaxınlığında İŞİD terrorçularının idarəetmə məntəqələri, iri silah-sursat anbarı, zirehli texnikası məhv edilib", – Rusiya Müdafiə Nazirliyindən vurğulanıb/Report.