XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 21:33

Rusiyadan Türkiyəyə gedən təyyarədə bomba həyəcanı –Bir çanta həyəcan yaratdı

Rusiyanın paytaxtı Moskvanın “Domodedova” Hava Limanından Türkiyəyə uçan sərnişin təyyarəsi şübhəli çanta səbəbindən Ukraynanın Odessa şəhərinə təcili eniş etməli olub.

Təyyarəyə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişinlərdən birinə məxsus olan həmin çantada partlayıcı maddə aşkar etməyiblər.

Odessa Milli Polis İdarəsinin rəisi Ruslan Forostyak bildirib ki, sərnişin uzun müddət ayaqyolunda olan zaman çanta aşkar edilib:

“Çantanın sahibinin tapılmadığını görən ekipaj heyəti təcili eniş etmək qərarına gəlib. Litva vətəndaşı olan həmin sərnişin ayaqyolundan çıxdıqdan sonra fərqli geyimdə olub. Hazırda əməkdaşlarımız onunla söhbət aparır”.

Qeyd edək ki, təyyarə Türkiyə aviaşirkətlərindən birinə məxsusdur/Axar.az.