XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 13:47

Rafiq Hüseynov sabah dəfn olunacaq- II Fəxri xiyabanda

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq.
 
Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
 
Onun sözlərinə görə, R. Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq. 
 
Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək.
 
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək
 
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.