XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 16:57

Daha bir sayt rəhbərinə xəbərdarlıq edildi- Baş Prokurorluq

Azərbaycanda daha bir sayt rəhbərinə xəbərdarlıq edilib.
 
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluqda aparılmış araşdırmalarla “Teref.info” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyənləşib.
 
Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.