XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2017 - 10:45

Bakı Ali Neft Məktəbi ilə “Socar Methanol” MMC arasında razılaşma imzalandı –FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və “Socar Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev mütəxəssis hazırlığı üzrə “Əməkdaşlıq haqqında razılaşma” imzalayıblar.

BANM-dən Strateq.az-a verilən məlumata görə, imzalanma mərasimi BANM-də Ali Məktəbin professor-müəllim heyəti, tələbələri və “Socar Methanol” MMC-nin nümayəndə heyətinin iştirakı ilə baş tutub.

Elmar Qasımov “Socar Methanol”un rəhbərliyinin BANM-in  fəaliyyətinə və tələbələrinə olan marağını yüksək qiymətləndirib.

Elnur Mustafayev isə “Socar Methanol” MMC-nin SOCAR-ın  törəmə şirkəti olduğunu qeyd edib, şirkətin yalnız Azərbaycanda deyil, regionda sürətlə inkişaf edən transmilli şirkət olduğunu, həmçinin Türkiyə, İsveçrə, BƏƏ ilə geniş əməkdaşlıq etdiyini vurğulayıb.

Daha sonra onun tərəfindən iştirakçılara “Socar Methanol” MMC-nin təhlükəsiz və fasiləsiz davam edən fəaliyyəti haqqında danışılıb, “Azərbaycanda potensial metanol istehsalı” haqqında ingilis dilində təqdimat edilib.

Elnur Mustafayev neft-qaz və kimya sənayesində mühəndislik üzrə ixtisaslı və peşəkar kadr problemindən danışıb. Baş direktor “Socar Methanol” MMC-nin və SOCAR-ın digər törəmə şirkətlərinin neft-qaz, kimya mühəndisliyi üzrə texnologiyanı yaxşı bilən mütəxəssislərə böyük tələbatı olduğunu qeyd edib.

Qeyd edək ki cari ilin iyul-sentyabr aylarında BANM-in beşinci kurs Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 4 tələbəsi – Simuzər Babazadə, Heydər Nəcəfov, Murad İsmayılov və Fuad Əlizadə “Socar Methanol” MMC-də istehsalat təcrübə proqramı keçiblər.