XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2017 - 11:52

Azərbaycanlı olimpiya çempionuna Daxili İşlər Nazirliyində vəzifə verildi –Qazaxıstanda + Açıqlama

Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı, olimpiya çempionu Nicat Rəhimova vəzifə verilib.

Məlumata görə, olimpiya çempionu noyabrın 1-dən Qazaxıstan Daxili İşlər Nazirliyində işləyir.

Bu barədə idmançının atası Əli Rəhimov məlumat verib: "Nicata Qazaxıstan daxili işlər naziri tərəfindən polis rütbəsi və Daxili İşlər Nazirliyinin vəsiqəsi təqdim olunub. Onu təbrik edirəm, uğurlar arzu edirəm”.

Qeyd edək ki, N.Rəhimov 2010-cü ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan adına qələbə qazanıb. O, 2014-cü ildə ölkəsində qədri bilinmədiyi üçün Qazaxstan vətəndaşlığını qəbul edərək bu ölkənin bayrağı altında çıxış etməyə başlayıb/Unikal.org