XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 12:25

Bakıda Türkiyənin Cümhuriyyət Bayramı qeyd edilib –FOTO

Türkiyə Cümhuriyyətin elan olunmasının 94-cü ili münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Strateq.az xəbər verir ki, səfir Erkan Özoral çıxışında ölkə tarixindən, Türkiyənin istiqlal mübarizəsindən, keçdiyi inkişaf yolundan söz açıb. İki gün əvvəl iki qardaş ölkə üçün mühüm hadisələr yaşandığını deyən E.Özoral, prezidenti Rəcəb Tayib Ərdoğanın Bakıda səfərdə olduğunu və dünya miqyaslı Bakı-Tiflis-Qars dəmir yolunun açılışında iştirak etdiyini vurğulayıb. Daha sonra o, Türkiyə prezidentinin bayram mesajını oxuyub.

Azərbaycan hökuməti adından baş nazirin müavini Abid Şərifov  Türkiyə xalqını bayram münasibəti ilə təbrik edərək deyib ki, Türkiyə hərtərəfli inkişaf etməkdədir və onun bu uğuru Azərbaycan xalqını çox sevindirir. A.Şərifov bildirib ki,iki qardaş ölkə bütün sahələrdə bir-birini dəstəkləyir, beynəlxalq və regional müstəvilərdə Azərbaycana dəstək verən, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tutduğu rola görə Ankaraya minnətdarıq. O, əlavə edib ki, oktyabrın 31-də Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında bir sıra mühüm sənədlər imzalanıb və bu sənədlər əlaqələrimizin inkişafına təkan verəcək.

Strateq.az