XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 13:50

Deputatdan insult keçirən bəstəkarın səhhəti haqda açıqlama:"Baş həkimlə danışdım, sağalması üçün bütün imkanlarından istafadə edilir”

Bir qədər əvvəl görkəmli bəstəkar Tahir Əkbərin səhhəti ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxanasının baş həkimi Ədalət Dadaşovla əlaqə saxladım. Tahir Əkbərin səhhəti stabilləşib, intensiv müalicə gedir.

Bu sözləri Kult.az-a millət vəkili Aydın Mirzəzadə bu gün insult keçirən yaxın dostu, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin səhhəti ilə bağlı danışarkən deyib.

A.Mirzəzadə bildirib ki, bəstəkar T.Əkbərin insult keçirmə xəbərini böyük narahatlıqla qarşılayıb:

“Onu şəxsən tanıyıram və dostluq münasibətlərimiz var. Səhər tezdən bir neçə dəfə ailəsindən Tahir müəllimin sağlamlığı ilə maraqlandım. Xəstəxananın baş həkimi ilə də danışdım. Klinik Mərkəzin kollektivi dəyərli bəstəkarımızın sağalması üçün bütün imkanlarından istafadə edir”.

Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış bəstəkar Tahir Əkbər insult keçirib. O, təcili olaraq 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.