İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" qvardiyasının komandanı general Qasim Süleymaniyə ağır itki üz verib.
Strateq.az İran KİV-lərinə istinadən xəbər verir ki, Qasim Süleymaninin atası Hacc Həsənin vəfatı ilə bağlı dövlət ərkanının bütün rəsmiləri, o cümlədən ali dini lider Ayətullah Xamnei başsağlığı veriblər.
"Möhtərəm atanız Hacc Həsən Süleymaninin vəfatı ilə əlaqədar Sizə başsağlığı, mərhuma Allahın rəhməti və sağ qalanlara səbr diləyirəm. Ümid edirəm ki, möminlər üçün saleh övladlar yetişdirdirdiyinə görə mərhumun əməl dəftərinə savab yazılacaq", – deyə Ayətullah Xamnei ismarışında qeyd edib.