XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 17:11

İran və Türkiyənin xarici işlər nazirləri Azərbaycana gələcək –Bakıda üçtərəfli görüş keçiriləcək

Dekabrın 20-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfər edəcək.

Trend-in diplomatik mənbədən əldə etdiyi məlumata görə, İranın XİN rəhbəri Bakıda azərbaycanlı və türkiyəli həmkarları Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu ilə üçtərəfli görüşdə iştirak etmək üçün səfərə gələcək.

Azərbaycan, İran, Türkiyə üçtərəfli görüşündə regional problemlər və qarşılıqlı münasibətlərin inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.