XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2017 - 16:56

Oktyabr ayında qanunsuz ov edən 35 nəfər saxlanııb –Nazirlikdən reyd

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)  əməkdaşları tərəfindən “Ovçuluq haqqında”  və “Heyvanlar aləmi haqqında”Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.  

Strateq.az ETSN-ə istinadən xəbər verir ki, 2017-ci ilin oktyabr ayı ərzində ölkə ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 35  vətəndaş saxlanılaraq onlardan 34 ov tüfəngi, 105 patron, 3 ədəd quş və 1 baş heyvan götürülüb: "Qanun pozucuları barəsində protokollar tərtib edilərək 22 nəfərə 22300 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, digər 13 nəfər təqsirkarın isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam   etdirilir".