XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 18:47

ATƏT-in baş katibi və Rusiya XİN başçısı Qarabağ münaqişəsinin həllini müzakirə edəcək –Zaxarova açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qreminger ilə Moskvada keçirəcəyi görüş zamanı Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasını müzakirə edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinqdə məlumat verib.

"Noyabrın 3-də Rusiyanın xarici işlər naziri ilə bu ilin iyul ayında vəzifəyə gələndən bəri ilk dəfə Moskvada səfərdə olacaq ATƏT-in baş katibi arasında görüş nəzərdə tutulub. Danışıqlarda toxunulacaq mövzular arasında ATƏT-in Ukraynanın şərqindəki, Dnestryanı, Dağlıq Qarabağdakı münaqişələrinin həllinə, eləcə də Cənubi Qafqazda sabitlik üzrə Cenevrə müzakirələrində və təşkilatın Balkan yarımadasındakı fəaliyyətinə töhfə verməsi məsələsi önəmli yer tutacaq", -deyə M.Zaxarova bildirib/Report.