XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2017 - 19:45

Prezident İlham Əliyev Yaponiyanın baş nazirinə məktub göndərdi –MƏTN

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu göndərib.

Strateq.az həmin məktubu təqdim edir:

“Hörmətli cənab Baş nazir,

Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm”.