Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.
Teleqraf.com AFFA-ya istinadla xəbər verir ki, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub. Müzakirələrin nəticəsində Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilib. Qurban Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.
Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.