XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 12:16

Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində avtobus reysifəaliyyətə başlayır

Noyabrın 9-dan etibarən hər həftənin dördüncü günü Bakı-Xarkov-Poltava-Kiyev istiqamətində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus reysi fəaliyyətə başlayır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Trend-ə verilən məlumata görə, artıq Bakı-Xarkov-Poltava- Kiyev reysinin biletlərinin satışı həm kassadan, həm də onlayn şəkildə həyata keçirilir.

Avtobus Rusiya ərazisindən keçərək, 40 saat yol qət etməklə mənzil başına çatacaq.

13 noyabr tarixindən isə hər həftənin birinci günü yerli vaxtla 15:00-da Kiyev-Xarkov-Bakı (2668 km) istiqamətində avtobus reysi Kiyev Mərkəzi Avtovağzalından həyata keçiriləcək.

Avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100.00 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur.

Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycanın şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.

Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar “Wi-Fi” şəbəkəsi ilə təchiz edilib.

Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.

Əlaqə üçün (012) 406 01 59, (012) 406 01 59 saylı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.