XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 12:47

Sabah hava necə olacaq?- PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal-qərb küləyi əsəcək.

Abşeronda gecə 7-10° isti, gündüz 15-20° isti, Bakıda gecə 7-9° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.