XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 13:24

SOCAR:"Dənizə düşən neftçi ölüb"

Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.
 
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.
 
Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.