XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 15:37

İstanbulda beynəlxalq kitab sərgisi- Azərbaycan bölməsi də var

Noyabrın 4-də İstanbuldakı TÜYAP sərgi mərkəzində 36-cı Türkiyə Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Azərtac xəbər verir ki, 30 ölkədən 700-dək nəşriyyatın iştirak etdiyi sərgi-yarmarkada geniş bir sahədə Azərbaycan pavilyonu qurulub. Pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin, “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının çap işləri sərgilənir.

Azərbaycanın zəngin mədəniyyətini, tarixini, elmi nailiyyətlərini, sürətli sosial-iqtisadi inkişafını, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin ağır nəticələrini əks etdirən kitablar ziyarətçilərdə maraq doğurur. Bundan başqa, stenddə qurulmuş monitorlarda nümayiş etdirilən kadrlarda Azərbaycan barədə ətraflı məlumat verilir.

Sərgi çərçivəsində XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şair, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı tədbir və ona aid kitabların təqdimatı keçiriləcək.