XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2017 - 17:13

Azərbaycanlı zəvvar dünyasını dəyişib- İraqda

İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev dünyasını dəyişib.

Bu barədə APA-nın cənub bürosuna açıqlamasında zəvvar Mirələm Həşimov bildirib.
 
Onun sözlərinə görə, hadisə bu gün baş verib. Belə ki, İraqın Samirə şəhərini ziyarət etdikdən sonra R.Musayev avtobusda ürəktutmasından dünyasını dəyişib.
 
Zəvvar yoldaşları R.Musayevi xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.