XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 19:07

Futbol üzrə Azərbaycan Premyer LiqasındaXI tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

"Report"un məlumatına görə, turun ilk oyununda "Qəbələ" "Səbail"i qəbul edib.

Görüş ilk dövrəyə olduğu kimi, "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 22-yə çatdıran "qırmızı-qaralar" ən azı bir günlük ikinci pilləyə yüksəliblər. "Səbail" isə 9 xalla 6-cı pillədə qalıb.

Hazırda "Sumqayıt" – "Keşlə" matçı keçirilir. Tura noyabrın 5-də "Kəpəz" – "Qarabağ" və "Zirə" – "Neftçi" oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası

XI tur

4 noyabr

16:00. "Qəbələ” – "Səbail” – 3:1

Qol: Famussa Kone, 16. Baqali Dabo, 29; 80 – Eltun Yaqublu, 87

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu