XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2017 - 20:18

Premyer Liqa:"Sumqayıt" "Keşlə"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. 

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Keşlə"ni qəbul edib.

Baş məşqçi Ramiz Məmmədovun rəhbərliyi altında ilk oyuna çıxan qonaqlar 1:3 hesabı ilə məğlub olublar. "Keşlə" 2 qolu öz qapısına vurub. Bunlar legionerlər Denis Silva Kruz və Adrian Skarlatake olub.

"Sumqayıt"ın aktivinə daha bir qolu isə Amil Yunanov yazıb. Yunanov qollarının sayını 5-ə çatdıraraq, bombardirlər siyahısında ilk pillədəki "Qarabağ"ın hücumçusu Mahir Mədətova çatıb.

Bu qələbədən sonra "Sumqayıt" xallarını 16-ya yüksəldərək, yenidən 4-cü pilləni ələ keçirib. "Keşlə" isə 8 xalla 7-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış matçı da eyni hesabla yekunlaşıb "Qəbələ" evdə ""Səbail”i yenib.
18:00. "Sumqayıt" – "Keşlə" – 3:1
Qol: Denis Silva Kruz, 29-öz qapısına. Amil Yunanov, 52. Adrian Skarlatake, 71-öz qapısına – Nizami Hacıyev, 44
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
"Kapital Bank Arena”.