XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 12:11

Maşında söhbət etməyə görə cərimə qanundan çıxarılır –Parlament Məcəlləni dəyişdirməyə hazırlaşır

Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı İnzibati Xətalar Məclləsinə dəyişiklik təklif olunur. Belə ki, məcəllədən 342.1.2 maddəsi çıxarılır. Bu maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir. Layihəyə əsasən, təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.

Layihə noyabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.