XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 15:35

ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirildi –3 gün belə qalacaq

ABŞ-ın Azərbaycandakı səfirliyi Texas ştatındakı baptist kilsəsində atışma nəticəsində həlak olanların xatirəsini anmaq məqsədi ilə dövlət bayrağını endirib.

“Report” ABŞ səfirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, səfirlikdə bayraq üç gün ərzində endirilmiş vəziyyətdə qalacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp faciə ilə əlaqədar ölkə ərazisindəki dövlət binalarında, eləcə də ölkə xaricindəki ABŞ-ın bütün diplomatik missiyalarında bayraqların endirilməsinə dair sərəncam verib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-ın Sazerlend-Sprinqs şəhərində baptist kilsəsi yaxınlığında kişi yoldan keçənləri atəşə tutub, 26 nəfər həlak olub, təqribən 20 nəfər yaralanıb.