XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 16:56

Ankara Bələdiyyəsinin yeni sədri bəlli oldu –Ərdoğanın namizədi 136 səsdən 104-nün "hə"sini aldı

Ankara Böyükşəhər Bələdiyyəsinin yeni sədri bu gün bəlli olub.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Məlih Gökçəkdən boşalan posta Mustafa Tuna seçilib.

Müxalifətin namizəd göstərmədiyi seçimdə AKP namizədi, eyni zamanda Sincan Bələdiyyəsinin sədri olan Mustafa Tuna 136 səsdən 104-nün "hə"sini alaraq, yeni vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, M.Gökçəkdən  istefasını prezident Ərdoğan istəmişdi.