XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 18:45

Üç neftçiyə fərdi təqaüd veriləcək –Sərəncam

Prezident İlham Əliyev Azərbaycan neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda neft yataqlarından sənaye üsulu ilə iki milyardıncı ton neftin hasil edilməsi münasibətilə bu sahədə uzunmüddətli səmərəli fəaliyyət göstərmiş aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Bədəlov Aydın Məmməd Səid oğlu

Cəfərov Rafiq Rza oğlu

Hüseynzadə Əbdülhüseyn Məmməd Cəfər oğlu.