Çərşənbə axşamı Suriyanın paytaxtı Dəməşqin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 1 dinc sakin ölüb, daha 16 nəfər yaralanıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, Şərqi Ğut regionunda fəaliyyət göstərən yaraqlılar 29 May küçəsi, Şaqur məhəlləsi və Əl-Abbsiin rayonu istiqamətində bir neçə mərmi atıblar/Report.