XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2017 - 23:11

Vyetnamda güclü qasırğa –89 nəfər öldü, 18 nəfər itkin düşdü

Vyetnamda baş verən qasırğa nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb, 18 nəfər itkin düşmüş hesab edilir.

"RİA Novosti"nin verdiyi xəbərə görə, ayın 4-dən Vyetnamda tüğyan edən “Damri” qasırğası irimiqyaslı daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.  

Hazırda 100 mindən çox yaşayış evinin su altında qaldığı bildirilir. Məlumata əsasən, təbii fəlakət ən çox Kxanxoa əyalətində yerləşən Nyaçanq kurort şəhərinə ziyan vurub/APA.