XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 10:47

Turistlər üçün ən cəlbedici şəhərlərin adları açıqlanıb- Siyahı

Bu il turistlər üçün ən cəlbedici şəhərlərin siyahısı açıqlanıb.

Azərtac RİA Novosti saytına istinadla xəbər verir ki, bu barədə “Euromonitor International” şirkətinin dərc etdiyi hesabatda bildirilir.

Siyahıda birinci yeri Honkonq şəhəri tutub. Bu il şəhəri 25,7 milyon turist ziyarət edib. İkinci yerdə Banqkok (23,3 milyon), 3-cü yerdə isə London qərarlaşıb (19,8 milyon).

İlk onluqda, həmçinin Sinqapur, Makao, Dubay, Paris, Nyu-York, Şençjen və Kuala-Lumpur yer alıb.