XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 18:17

ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısınınvaxtı və yeri açıqlandı

Bu il ATƏT-ə sədrlik edən Avstriya xarici işlər naziri Sebastian Kurtsun dəvəti ilə ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısı dekabrın 7-8-də Vyana şəhərində keçiriləcək.

Azərtac xəbər verir ki, toplantıda təşkilata üzv olan 57 dövlətin xarici işlər nazirlərinin iştirakı gözlənilir.

Beynəlxalq təşkilatın ən mühüm qərarverici orqanı olan Nazirlər Şurasının toplantısında Avropa təhlükəsizlik strukturundakı dərin böhran əsas müzakirə mövzusu olacaq. Eyni zamanda, ATƏT məkanındakı böhran və münaqişələrin aradan qaldırılması, xüsusilə də Dağlıq Qarabağ, Ukrayna, Dnestryanı bölgə və Gürcüstandakı vəziyyət, ekstremizm, radikallaşma və terrorizmə qarşı mübarizə, həmçinin qarşılıqlı etimad və əməkdaşlığın yenidən qurulması mövzularında məsləhətləşmələr aparılacaq.

ATƏT-də sədrlik bu ilin sonu Avstriyadan İtaliyaya keçəcək.