XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 20:10

Rusiya baş nazirinin müavini: “Sanksiyalar zamanı Azərbaycan özünü etibarlı müttəfiq kimi göstərdi” –MÖVQE

roqozin.jpg

Azərbaycanda Rusiya istehsalı olan vertalyotların servis mərkəzinin yaradılması müzakirə olunur. Həmçinin gündəlikdə Xəzər regionunda birgə gəmiqayırma kooperasiyasının yaradılması ideyası da var”.

“Strateq.az” bildirir ki, bu sözləri 1-ci Avropa Oyunlarının Moskvada keçirilən təqdimat mərasimində iştirak edən Rusiya baş nazirinin müavini Dimitri Roqozin “Vestink Kafqaza” qəzetinə açıqlamasında bildirib.

Roqozinin sözlərinə görə, Rusiya Azərbaycan münasibətləri özünün yüksəliş dövrünü yaşayır.

“Bizim Azərbaycan rəhbərliyi ilə çox yaxşı əlaqələrimiz var. ölkəmzə qarşı sanksiyalar başlananda azərbaycanlı istehsalçılar Rusiyanı meyvə-tərəvəzlə təmin olunmasında köməklik göstərdilər. Biz sənaye sahəsində də çox yaxşı işləyirik”.

Onun sözlərinə görə, beynəlxalq siyasətlə bağlı bir çox məsələlərdə iki dövlət arasında etibar, qarşılıqlı anlaşma və mövqelərin üs-üstə düşməsi var. “Sanksiyalarla bağlı məsələdə Azərbaycan özünü etibarlı və ciddi müttəfiq kimi göstərdi” –deyə Roqozin vurğulayıb. .

Qeyd edək ki, D. Roqozin sosial-iqtisadi əməkdaşlıq məsələləri üzrə Rusiya-Azərbaycan birgə komissiyasının həmsədridir.

X. SƏFƏRLİ