XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2017 - 20:09

İstefa verən nazirin vəzifəsinə təyinat –Penni Mordont Britaniyanın beynəlxalq inkişaf məsələləri üzrə naziri oldu

Penni Mordont Britaniyanın beynəlxalq inkişaf məsələləri üzrə naziri təyin edilib.

Bu barədə "BBC" məlumat yayıb.

Bildirilir ki, o, bu vəzifəni sələfi Priti Patelin İsrail rəhbərliyində təmsil olunan şəxslərlə gizli əlaqələr fonunda yaranmış qalmaqalla əlaqədar istefa verməsindən sonra tutub.

Mordont bundan əvvəl əmək və pensiya işləri üzrə nazir müavini vəzifəsini icra edib.

Priti Patel çərşənbə günü bu ilin avqustunda İsrailə səfəri zamanı nazirlik kodeksini pozması ilə əlaqədar istefaya getdiyini açıqlayıb. İsrail KİV-in məlumatına görə, o, Britaniya XİN-in və baş nazir Tereza Meyin xəbəri olmadan bu ölkənin 12 rəsmi şəxsi ilə görüşüb/Report.