XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2017 - 23:38

Dünya futbolunun ulduzları DÇ-2018-in rəsmi topunu təqdim etdi –Moskvada

Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topunu Moskvada təqdim edib.

TASS xəbər verir ki, tədbirdə "Barselona" futbol komandasının hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Milan"ın və Braziliyanın keçmiş yarımmüdafiəçisi Kaka, "Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero, eləcə də "Real"ın və İspaniyanın keçmiş yarımmüdafiəçisi Xabi Alonso iştirak edib.

Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-dir.

DÇ-2018 oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək/Report.