XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2017 - 23:44

Bakıda 17 mərtəbəli binada yanğın söndürüldü –Sakinlər təxliyyə edilib, hadisə araşdırılır -YENİLƏNİB - 5

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, yanğın 14-cü mərtəbəyədək yayılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.

 

***

“Report” xəbər verir ki, hadisə "Piramida" adlanan ərazidə qeydə alınıb.

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Binada qalanların olduğu bildirilir. Yanğın hazırda davam edir.

 

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binanın 13-cü mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in canlı qüvvə və texnikaları cəlb olunub.

15 nəfər bina sakini təxliyə edilib.

Artıq alovun yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, binanın yuxarı mərtəbəsində bir neçə nəfər qalıb. Tüstüdən zəhərlənmə təhlükəsi ilə üzləşən həmin bina sakinləri hələ xilas edilməyib.

***

Hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb olunub. Xilasedicilər tərəfindən bir neçə azyaşlı binadan çıxarılıb. Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir. Hazırda həkimlər onlara hadisə yerində tibbi yardım göstərirlər. Yanğın hazırda davam edir. (report)

***

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində tüstüdən zəhərlənən 10-dan çox sakinə hadisə yerində təcili tibbi yardım göstərilib. Bir azyaşlı Bakı şəhər 1 saylı Xəstəxananın Toksikoloji şöbəsinə yerləşdirilib. (APA)

***

Bakıda yaşayış binasında yanğın söndürülüb.

APA-nın xəbərinə görə, Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Faktla bağlı araşdırmalara başlanılıb.