XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2017 - 18:11

“Qızıl top” mükafatının təqdim olunacağıvaxt müəyyənləşib

 

“France Football” nəşri 2017-ci il üçün “Qızıl top” mükafatının təqdim olunacağı tarixi açıqlayıb.

Azərtac xarici KİV-lərə istinadən xəbər verir ki, mərasim dekabrın 7-də Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

“Qızıl top”a mükafatına namizəd 30 futbolçu bunlardır: Lionel Messi (“Barselona”, Argentina), Neymar (PSJ, Braziliya), Kriştianu Ronaldu (“Real Madrid”, Portuqaliya), Eden Azar (“Çelsi”, Belçika), Leonardo Bonuççi (“Milan”, İtaliya), İsko (“Real Madrid”, İspaniya), Kilian Mbappe (PSJ, Fransa), Pyer-Emerik Obameyanq (“Borussiya” Dortmund, Qabon), Edinson Kavani (PSJ, Fransa), Toni Kroos (“Real Madrid”, Almaniya), Mats Hummels (“Bavariya”, Almaniya), Kərim Benzema (“Real Madrid”, Fransa), Antuan Qrizmann (“Atletiko”, Fransa), Canluici Buffon (“Yuventus”, İtaliya), Sadio Mane (“Liverpul”, Seneqal), Radamel Falkao (“Monako”, Kolumbiya), Kevin de Breyne ("Mançester Siti", Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David de Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Ceko (“Roma”, Bosniya və Herseqovina), Luis Suares (“Barselona”, Uruqvay), Serxio Ramos (“Real Madrid”, İspaniya), Yan Oblak (“Atletiko”, Sloveniya), Filippe Koutinyo (“Liverpul”, Braziliya), Dris Martens (“Napoli”, Belçika), Luka Modriç (“Real Madrid”, Xorvatiya), Paulo Dibala (“Yuventus”, Argentina), Marselo (“Real Madrid”, Braziliya) və NQolo Kantedir (“Çelsi”, Fransa).

Xatırladaq ki, ötən mövsüm “Qızıl top”a “Real Madrid”in futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu FIFA versiyasına əsasən, 2017-ci ilin ən yaxşı oyunçusu seçilib.