XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2017 - 19:08

Virtual reallıq üçün klaviatura hazırlanıb- 150 dollaradır

Fərdi kompüterlər üçün qurğuların istehsalı ilə məşğul olan “Logitech” şirkəti VR-şlemdə mətni yığaraq interfeysi idarə etməyə imkan verən fiziki klaviaturanın virtual reallığa inteqrasiyası sistemini hazırlayıb.

Azərtac “newsru.com” saytına istinadla xəbər verir ki, şirkətin təqdim etdiyi sistemin prototipində “HTC Vive” VR-şlemi, eləcə də virtual reallıqda klaviatura modelləri və istifadəçi əllərini yaradan proqram təminatından istifadə olunub.

İstifadəçi klaviaturanın virtual reallıqda göstərilməsi üçün bir neçə variant seçə bilər. Bundan başqa, proqram təminatı aktiv proqramda klaviatura kombinasiyalarında istifadə edilən klavişləri göstərməyə imkan verir.

Hazırda sistemin beta versiyasını sınaqdan keçirən şirkət noyabrın ortalarınadək proqram tərtibatçılarından prototipin tədarükü üçün sifarişlərin qəbuluna başlamağı planlaşdırır. Sifarişlərin qəbulu dayandırıldıqdan sonra 50 tərtibatçıya “Logitech G” seriyalı klaviatura, kontroller və proqram təminatından ibarət dəstlərin göndərilməsi nəzərdə tutulur.

Sistemin kommersiya versiyasının istehsal tarixi barədə məlumat verilmir. Dəstin qiyməti 150 dollardır.