XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2017 - 20:36

“Qarabağ”-“Çelsi” matçına50 mindən çox bilet satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “C” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” ilə İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

Azərtac Ağdam klubunun “Facebook” səhifəsinə istinadla xəbər verir ki, artıq qarşılaşmaya 50 mindən çox bilet satılıb.

“Qarabağ”–“Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azarkeşlər biletləri Heydər Əliyev Sarayının kassasından, “ASAN xidmət” mərkəzlərindən, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki Qarabağ Futbol Klubunun fan-şopundan, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanındakı satış məntəqələrindən ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.