XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 14:42

İspaniyanın baş naziri Kataloniyaya gedir –Səbəb

Bu gün İspaniya baş naziri Mariano Rahoy Kataloniyaya səfər edəcək.

“France-Presse” agentliyinin verdiyi məlumata görə, bu, Kataloniya parlamenti tərəfindən müstəqillik elan edilməsi və rəsmi Madrid tərəfindən regional muxtariyyətinin hökumətinin buraxılaraq yeni seçkilərin elan olunmasından sonra İspaniya baş nazirinin regiona ilk səfəridir.

M. Rahoyun yerli vaxtla saat 11.00-da Barselonaya gələcək. İspaniya baş nazirinin səfərində məqsəd dekabrın 21-də keçiriləcək parlament seçkilərində Xalq Partiyasına dəstək verməkdir.

İspaniya baş nazirinin ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulmayıb.

Qeyd edək ki,  oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. İspaniya Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə Avropa orderi verib.

APA