XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

12 Noyabr 2017 - 16:39

İstanbulun 6 müxtəlif istiqamətdə polis əməliyyatı –34 xarici vətəndaş saxlanıldı

Bu gecə İstanbulun 6 müxtəlif yaşayış məskənində qəfildən anti-İŞİD əməliyyatı keçirilib.

Əməliyyat nəticəsində 34 xarici şəxs həbs olunub. Bu şəxslərin terror törətmək niyyətində olduğu qeyd edilir.

İstanbulun Terrorla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat Tuzla, Umraniyə, Bayrampaşa, Zeytunburun, Esenyurd və Başakşəhəri əhatə edib.

Saxlanılan şəxslərin İŞİD tərəfindən müxtəlif bölgələrdə aparılan hərbi əməliyyatlarda iştirak edən əcnəbi döyüşçülər olduğu bildirilib.

Saxlanılan şəxslərin qaldıqları ünvanlarda aparılan araşdırma zamanı çoxlu sayda sənəd ələ keçirilib.

Ən son xəbərlərə görə, həbs edilənlərin Türkiyədən deportasiya edilməsi üçün işlərə start verilib/Teleqraf.com.